Bədbəxt hadisə ölümlə nəticələndi

23.11.2015 13:54     Sosreaksiya     1996

Bakıda bədbəxt hadisə baş verib.

Reaksiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan Bəxtiyar Həsənov həyətində yerləşən hamam otağında söküntü işləri apararkən tavan üzərinə düşüb. B.Həsənov xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər