25 yaşlı qız özünü 19-cu mərtəbədən atdı - Bakıda

23.11.2015 15:37     Sosreaksiya     2104

Bakıda intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Sabunçu Rayon Prokurorluğundan verilib.

Məlumata görə, hadisə bu gün saat 14.45 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Ayşən Dadaşova özünü 19-cu mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər