Saxta pul satan Belçika vətəndaşlarına hökm oxundu

23.11.2015 16:44     Sosreaksiya     1852

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər bu il aprelin 3-də tutublar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. 

Şərhlər