Əfqanıstanlı nazir Azərbaycana gəlir

23.11.2015 18:05     Sosreaksiya     1709

Əfqanıstanın təhsil naziri Əsədulla Hanif Balxi Azərbaycana səfər edəcək.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, nazir Bakıda İSESKO çərçivəsində keçiriləcək 12-ci Baş Konfransda iştirak edəcək.

Ə.H.Balxinin səfəri noyabrın 26-sı başlayıb 27-si bitəcək.

Şərhlər