Bakıda sərnişin avtobusu aşdı: yaralı var
23.06.2015 17:07 Sosreaksiya 2315

Qəza nəticəsində bir nəfər xəsarət alıb
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb."Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki , Bayıl ərazisində “Tarelka” adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə qəza barədə xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi səbəbindən baş verib.
“Qəza baş verərkən avtobusun içərisində sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.”, - deyə Vüqar İbrahimli bildirib.
Şərhlər