Kəlbəcər sakini sirkə turşusu içərək intihar edib

24.11.2015 03:05     Sosreaksiya     1887

Bərdə rayonunda intihar hadisəsi baş verib. Reaksiya.az-ın məlumatına görə, hadisə rayonun Gərənə kəndində qeydə alınıb.

Kənd ərazisində müvvəqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün Amil Quluyev sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən 56 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Amil Quluyev əvvəllər Kəlbəcər rayon icra hakimiyyətində kənd icra nümayəndəsi vəzifəsində calışıb. Bir neçə il bundan əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb.

Şərhlər