Sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var - Novxanıda

24.11.2015 09:25     Sosreaksiya     2093

Bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib.

“20 yanvar-Novxanı” marşrutu üzrə hərəkət edən 35 saylı xətdə hərəkət edən sərnişin avtobusu Novxanı qəsəbəsi istiqamətində idarəetməni itirərək yoldan kənara çıxıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili-tibbi yardım maşınları və yol polisi cəlb edilib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Şərhlər