Bu rektorlar vəzifəsindən azad edildi
25.11.2015 00:28 Sosreaksiya 1642
Azərbaycanda bir neçə universitet rektoru vəzifəsindən kənarlaşdırılıb.
Reaksiya.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama görə, Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən, Səməd Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən, Aqiyə Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən, Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.
Şərhlər