Peruda güclü zəlzələ baş verib

25.11.2015 02:53     Sosreaksiya     1758

Perunun şərqində 7,5 bal gücündə zəlzələ baş verib. Reaksiya.az "Cihan" agentliyinə istinadən xəbər verir ki, Amerika Geoloji Araşdırmalar mərkəzinin məlumatına görə zəlzələnin episentri Peru-Braziliya sərhədindəki Amazon çayı hövzəsinə düşüb. Yerin 602 km dərinliyində baş verən zəlzələ ciddi hiss olunmayıb. Dağıntıların olmadığı bildirilir.

Şərhlər