Dəmirol vağzalında təmirin bitəcəyi vaxt açıqlandı
25.11.2015 10:39 Sosreaksiya 1735
Təmirdən sonra binada ana və uşaq otağı, Wi-Fi sistemi quraşdırılacaq.
Dəmiryol vağzalının təmir aparılan binasının istifadəyə veriləcəyi vaxt bəlli oldu.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatması nəzərdə tutulduğunu deyib.
Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Bu məqsədlə cari ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər.
Şərhlər