66 yaşlı qadını maşın vurdu - Gəncədə
25.11.2015 11:30 Sosreaksiya 1885
Gəncədə 66 yaşlı qadını maşın vurub. Hadisə Kəpəz rayonunda məcburi köçkünlərin yaşadığı ərazidə qeydə alınıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Goranboy rayonunun Todan kənd sakini, 1949-cu il təvəllüdlü Əminə Ağamməd qızı Qasımova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı qadını ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırıblar.
Xəstəxanadan bildirdilər ki, Əminə Qasımova xəstəxanaya çanaq və baldır nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə gətirilib və vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərilərək paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı Gəncə Şəhər baş Polis idarəsində araşdırma aparılır.
5 gün əvvəl də paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu “KIA” markalı nəqliyyat vasitəsinin sürücüsü Nobel prospektində vurub. Sonradan avtomobilin sürücüsü bu barədə Təcili tibbi yardım xidmətinə məlumat verib. Xəsarət almış Tofiq Məhərrəmov həmin xidmətin avtomobili ilə xəstəxanaya çatdırılıb və ona həkim yardımı göstərilib.
Şərhlər