Bu komitənin aparat rəhbəri işdən çıxarıldı
25.11.2015 14:31 Sosreaksiya 1924
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyevin fəaliyyətinə xitam verilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun 33-cü maddəsinə əsasən, qanunverici orqana millət vəkili seçilən dövlət qulluqçusunun işinə dərhal xitam verilir və həmin şəxs Mlli Məclisdə millət vəkili kimi fəaliyyətinə başlayır.
E. Quliyev noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilib. Konstitusiya Məhkəməsi dünən Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib.
F. Talıblı bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən dünən Dövlət Komitəsində Elçin Quliyevin fəaliyyətinə xitam verilib.
Şərhlər