Millət vəkili Türk dünyasına səsləndi
25.11.2015 16:18 Sosreaksiya 1632
Millət vəkili Qənirə Paşayeva Kahramanmaraşda keçirilən 2-ci Beynəlxalq Kitab Fuarında iştirak edib.
Reaksiya.az xəbər verir ki, Qənirə Paşayeva tədbrin açılışında çıxış edib.
O, Türk dünyasının siyasətçiləri, aydınları, yazarları, şairləri, araşdırmacıları və jurnalistlərinə səslənərək Türk dünyasının müxtəlif bölgələrində yaşanan ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb: “Qarabağdan, indi də İraq və Suriyadan zorla qovulan bizim insanımızdır, onlara daha çox sahib çıxmalıyıq. Topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik".
Millət vəkili tədbir zamanı Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayıb.
Q.Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemini, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasını, törətdiyi vandalizm aktlarını dilə gətirib: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşür, daha fəal olmalıdırlar.
O, Kahramanmaraşın mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı və vali tərəfindən dəstəkləndiiyini deyərək bu cür addımların önəmini vurğulayıb.
Millət vəkili Beynəlxalq Kitab Fuarının açılışına Azərbaycanı Fəxri Qonaq kimi dəvət etdikləri üçün Kahramanmaraş bələdiyyəsinə təşəkkür edib və açılış iştirrakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı: tanıkların dilinden” ve “Karabağ hikayeleri” kitablarını hədiyyə verib.
Şərhlər