23 yaşlı oğlan faciəli şəkildə öldü - Sumqayıtda
25.11.2015 16:11 Sosreaksiya 2040
Sumqayıtda 23 yaşlı oğlan faciəli şəkildə ölüb.
Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, plastik qab istehsal edən sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq ölüb. Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil veriblər.
Şərhlər