Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
25.11.2015 16:48 Sosreaksiya 2066
Bu texnologiya məlumatı divarlardan keçərək ötürə bilmir.
İşlənməsinə 4 ilin sərf edildiyi Li-Fi adlı texnologiya 100 dəfə sürətli olduğu Wi-Fi-ın alternativi ola bilər.
Reaksiya.az Oxu.az-a istinadən xəbər verir ki, Li-Fi nanosaniyə ərzində bərq vuran və bu səbəbdən də insan gözü üçün görünməz olan LED-işıqdiodlarının yardımı ilə informasiyanı ötürür.
2011-ci ildə alimlər 224 Gb/s sürətə nail olublar. Amma ev şəraitində iri qurğular olmadan Li-Fi 1Gb/s ötürə bilir.
Bununla yanaşı, Wi-Fi siqnallarından fərqli olaraq Li-Fi informasiyanı divarlardan keçərək ötürə bilmir. Amma bu, şəbəkəni potensial sındırmadan qoruyur.
LED-işıqdiodlarının istifadəsi sayəsində Li-Fi eyni anda iki funksiyanı yerinə yetirə bilir: otağı işıqlandırır və elektron qurğuların “ünsiyyətini” təmin edir.
Şərhlər