Azərbaycanlı Rusiyada özünü asdı

25.11.2015 17:02     Sosreaksiya     1799

Rusiyada intihar hadisəsi baş verib. Azərbaycan vətəndaşı özünü qarajda asaraq öldürüb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Sankt-Peterburqda qeydə alınıb. 55 yaşlı Azərbaycan vətəndaşı günorta saatlarında özünü qarajın tavanına bərkidilmiş kəndirdən asıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikləri zaman kişinin asılmış meyitini və yerdə stul aşkar ediblər.

Hadisə yerində mərhumun üzərindən məktub aşkar edilməyib.

Meyit morqa göndərilib. İstintaq komitəsi isə araşdırmaları davam etdirir. 

Şərhlər