Ağcabədi sakini intihara cəhd edib

26.11.2015 02:17     Sosreaksiya     1626

Ağcabədidə 30 yaşlı kişi sirkə içərək intihara cəhd edib.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb. 

1985-ci il təvəllüdlü Rauf Məmmədov sirkə turşusu içidiyini ailə üzvləri görüb. O,dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər ona tibbi yardım göstərib.

Ağcabədi MRX-dan verilən məlumata görə, xəstə Bakıdakı səhiyyə ocaqlarının birənə göndərilməsi üçün hazırlanır.

Şərhlər