Nardaranda qarşıdurmada 4 nəfər öldü - YENİLƏNİB 4 - VİDEO

26.11.2015 15:48     Sosreaksiya     3754

Nardaranda baş verən hadisənin səbəbi bəlli olub.

Reaksiya.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Taleh Bağırzadə saxlanarkən olub. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib. 

Hüquq Mühafizə Orqanlarından daxil olan məlumata görə, baş vermiş silahlı insidentlə bağlı yayılan məlumatlarda şişirdirmələrə yol verilir. Hadisə nəticəsində 2 polis əməkdaşı, qarşı tərəfdən isə bir Nardaran sakini həyatını itirib. Bir polis əməkdaşı və bir neçə kənd sakini isə yaralanıb. 

15:06

Bu gün Bakının Nardaran qəsəbəsində atışma baş verib.

Reaksiya.az ANS PRESS-ə  istinadən xəbər verir ki, Qəsəbə sakinlərinin  verdiyi məlumata görə, hadisənin nə üstündə baş verdiyi bəlli deyil. Lakin silahlı insident nəticəsində ölən və yaralananların olduğu deyilir.

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər.

Daxili İşlər Nazirliyindən hadisə təsdiqlənib. Bu barədə yaxın saatlarda məlumat veriləcəyi deyilib.

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.  

14:34

Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində yaralanan var. T.Bağırzadənin saxlanıldığı bildirilir. 

Şərhlər