Nardaranda yaralanan şəxslərin vəziyyəti orta ağırdır - Baş həkim

26.11.2015 15:42     Sosreaksiya     1774

Nardaranda baş verən atışma ilə əlaqədar 3 saylı Klinik Xəstəxanaya 3 yaralı gətirilib.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bu barədə  xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.

Onun sözlərinə görə, yaralılar artıq əməliyyat olunub: "Onların vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Lakin yaralıların kimliyi hələlik müəyyən edilməyib. Yaralılar gənclərdir".   

Şərhlər