Nardaranda mitinq xəbəri şayiədir

26.11.2015 15:48     Sosreaksiya     2480

Bu gün bir çox KİV-lərdə Nardaran qəsəbəsindəki İmam Hüseyn meydanında kortəbii mitinqlərin başlaması barədə məlumat yayılıb.

Reaksiya.az xəbər verir ki, Virtualaz.org saytının hazırda Nardaranda olan reportyor qrupunun verdiyi məlumata görə isə bu xəbərlərin heç bir əsası yoxdur.

“Burada heç bir mitinq keçirilmir. Meydan bomboşdur. Bu xəbərlər şayiədir” - deyə qəsəbədəki İmam Hüseyn meydanında olan reportyorlarımız bildirir.

Şərhlər