3 evdə partlayış olub, xəsarət alanlar var - Ağdamda

26.11.2015 15:56     Sosreaksiya     1823

Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 evdə partlayış baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisələr Səfərli qəsəbəsində qeydə alınıb. 

Üç evdə eyni anda baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Xəsarət alanlar var. Yanıq xəsarəti alan şəxslər Ağdam Rayon Mərkəz Xəstəxanasına çatdırılıblar.

Partlayış nəticəsində yaxınlıqda olan evlərə də ziyan dəyib. 

Şərhlər