İrandan Azərbaycana metadon keçirmək cəhdinin qarşısı alındı
26.11.2015 16:09 Sosreaksiya 1915
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İsmayıl Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun əl yükündən 10 ədəd həb və 55 ədəd kapsula şəklində olan “Metadone-20” adlı dərman preparatları aşkar edilib.
Reaksiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi xalis çəkisi 1,3 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.
Şərhlər