Nardaranda 15-dək ekstremist saxlanılıb

26.11.2015 16:14     Sosreaksiya     2003

Reaksiya.az xəbər verir ki, Virtualaz.org saytının müxbiri hazırda Nardarandadır. Onun yerli sakinlərdən əldə etdiyi məlumatlara görə, silahlı insident Əbülfəz Bünyatov adlı kənd sakininin evində namaz vaxtı baş verib.

“Bandotdel”in xüsusi təyinatlıları əməliyyata başlayarkən atəş açılıb. Xüsusi əməliyyat zamanı Tale Bağırzadə ilə birlikdə 15-ə yaxın dindar saxlanılıb.

Ə.Bünyatovun xanımının müxbirimizə bildirdiyinə görə, xüsusi əməliyyatdan sonra kənd sakinləri polisləri daşa basıblar. 

Şərhlər