Ekstremistlər silahı hardan alıb? - İlahiyyatçı danışdı

26.11.2015 17:04     Sosreaksiya     2746

“İslam dininə görə, dövlətə və dövlət başçısına qarşı çıxmaq qətiyyən yol verilməzdir”

Bu sözləri Reaksiya.az-a Nardaranda baş verən hadisələri şərh edən zaman ilahiyyatçı alim Əkrəm Həsənov deyib.

O, təxribatçı qüvvələrin qarşısının alınması üçün lazımı addımların atıldığını bildirib: “Baş verən hadisələri dini baxımdan qiymtələndirəndə qətiyyən düzgün deyil. Dinimizə görə, dövlətə və dövlət başçısına qarşı çıxmaq qətiyyən yol verilməzdir. Hansı ölkədə yaşamağından asılı olmayaraq vətəndaşı olduğu ölkənin dövlət rəhbərinə qarşı hörmətlə yanaşmalısan. Həzrət Əlinin də hakimiyyəti dövründə belə daxili üsyanlara qarşı həmişə Həzrət Əli özü mübarizə aparıb. Belə hadisələr yolverilməzdir, yoxsa anarxiya yarana bilər. Ona görə də dövlətə və dövlətçiliyə qarşı belə addım atan hər kəs hüquq mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır, onların belə addım atmaqlarına yol vermək olmaz. Xüsusi olaraq, araşdırılmalıdırBilins ki, onlar silahı hardan alırlar, maddi mənbələri hardan gəlir, onlara kim belə göstəriş verir. Və bununla aidiyyatı qurumlar məşğul olur”.

Ə.Həsənov belə hesab edir ki, təxribatçı hərəkatların qarşısının alınması üçün maarifləndirmə işləri aparılmalıdır.

Şərhlər