Nardaranda daha bir jurnalistə hücum edilib
26.11.2015 18:14 Sosreaksiya 2145
Nardaranda islamçı ekstremistlər bu gün qəsəbədə baş vermiş insidenti işıqlandırmaq üçün ora gedən daha bir jurnalistlə hücum ediblər.
Reaksiya.az Virtualaz.org saytına istinadən xəbər verir ki, onlar bu dəfə də İTV telekanalının operatorunu hədəf seçiblər.
Məlumata görə, islamçılar telekanalın operatorunu döyüb, onun kamerasını sındırıblar.
Xatırladaq ki, bundan bir neçə saat əvvəl Naradarana çəkilişə gedən “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum etmişdi. Avtomobil daşa basılmış, sürücüsü isə döyülmüşdü.
Bir neçə nəfər isə “Report” informasiya agentliyinin avtomobilinə də hücum etmək istəmişdi. Lakin sürücü ərazidən uzaqlaşa bilmişdi.
Şərhlər