Nardaranda ölənlərin adları bilindi

27.11.2015 11:26     Sosreaksiya     2377

Nardaranda dünən radikal islamçılara qarşı həyata keçirilmiş xüsusi əməliyyat zamanı öldürülən bütün şəxslərin adları məlum olub.

Reaksiya.az virtualaz.org saytına istinadən xəbər verir ki,  hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, həlak olan polis əməkdaşları Vüqar Əyyub oğlu Nəsibov və İsmayıl Rəsul oğlu Tağıyevdir.

Ekstremist dini təşkilatın öldürülən fəalları isə bunlardır: Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyadov Rəfail Zeynalabdin oğlu və Abbas Hüseyn.

Abbas Hüseyn xəstəxanada keçinib.

Şərhlər