Həlak olmuş polislərin dəfn mərasimi keçirilir - YENİLƏNİB 3

27.11.2015 13:20     Sosreaksiya     3356

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki,qəhrəmancasına həlak olmuş polislərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb. 

12:42

Şəhid olmuş polis əməkdaşlarının ölümündən sonra mükafatlandırılması gözlənilir. Belə ki, DİN əməkdaşları onların yaxınlarına təqdim ediləcək “İgidliyə görə” medallarını da Fəxri Xiyabana gətiriblər.

Reaaksiya.az Virtualaz.org saytına istinadən xəbər verir ki, DİN rəhbərliyinə daxil olan şəxslər, o cümlədən generallar Yaşar Əliyev, Həzi Aslanov, Ramiz Zeynalov, habelə baş prokurorun I müavini Rüstəm Usubov və digərləri mərasimdə iştirak edir.

12:23

Bu dəqiqələrdə Bakıdakı II Fəxri Xiyabanda dünən Nardaranda radikal dindarlarla toqquşmada qəhrəmancasına şəhid olan polis mayoru Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilir.

Reaksiya.az  Virtualaz.org saytına istinadən xəbər verir ki, dəfn mərasiminə çoxlu sayda mülki və polis formasında hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıb. Ərazidə güclü polis nəzarəti var.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Əsgərov və Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da dəfn mərasimində iştirak edirlər.

Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

Əlavə məlumat veriləcək.

 

Şərhlər