Ramil Usubov da polislərin dəfn mərasiminə gəldi

27.11.2015 13:02     Sosreaksiya     2445

Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn olunur.

Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının dəfninə hazırlıq başlayıb.

Xiyabanın önündə hüquq-mühafizə orqanlarının əməkdaşları toplanıb. Dəfn mərasimində nazirlik rəhbərliyinin iştirakı gözlənilir.

Hazırda Yol Polisinin rəisi Ramiz Zeynalov, Baş prokurorun müavini Rüstəm Usubov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Prezident Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev iştirak edir. 

“Ramil Usubov da polislərin dəfn mərasiminə gəldi -  Fotolar

Şərhlər