Akademik II Fəxri Xiyabanda dəfn olunacaq

27.11.2015 15:53     Sosreaksiya     1730

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi sabah saat 12.00-da Akademiyanın akt zalında keçiriləcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə  AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, mərhum akademik II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, akademik Tofiq Hacıyev bu gün dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Şərhlər