"Orucluqda yeyəni döyməyi şəriət qadağan etmir" - Türkiyəli şair-naşirin iddiası

24.06.2015 12:02     Sosreaksiya     2936

Türkiyəli şair və naşir Hakan Arslanbenzer “Twitter”dəki hesabında bir status yazıb və Ramazan ayında oruc tutmaqla bağlı olan bu status sosial mediada müzakirə mövzusu olub. Oruc tutmayanı döyməyi şəriətin qadağan etmədiyini iddia edən Arslanbenzerin atdığı Tweet altına bir çox istifadəçi tənqidi şərhlər yazıb.

Arslanbenzer bir Twitter istifadəçisinin "Peyğəmbərimiz döyübmü? Ya da onun dövründə belə bir hal baş veribmi?" - sualına belə cavab verdi:

"Peyğəmbər dövründə oruc tutmayanı döyürdülərmi deyə sual verirsiniz. Peyğəmbər dövründə orucu açıq-aşkar yeyən o igid münafiqi mənə göstərin əvvəlcə".

Şərhlər

Çox oxunanlar