Dəhşətli yol qəzası - 22 ölü

28.11.2015 04:49     Sosreaksiya     1576

Burkina-Fasoda baş verən yol qəzası nəticəsində 22 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Burkina-Fasoda hökuməti  açıqlama yayıb.

Qəza ölkənin cənub-qərbində baş verib. Naməlum səbəbdən sərnişin mikroavtobusunun bənddən suya düşdüyü bildirilir.

“22 nəfər boğularaq ölüb, 8 nəfər xəsarət alıb. Hadisənin səbəbləri müəyyənləşdirilir”, açıqlamada deyilir.  

Şərhlər