5 ton xurma yola dağıldı - Azərbaycanda
28.11.2015 14:48 Sosreaksiya 1898
Balakən yolundakı qəza fermerlərə 15 min manat ziyan vurub.
Yevlax-Balakən-Gürcüstan magistral yolunda ağır yol qəzası baş verib.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala rayonuna giriş hissəsində 5 tona yaxın xurma aparan ağırtonnajlı yük avtomobili maşında yaranmış nasazlıq ucbatından idərəetməni itirərək, yolun kənarındakı iri gövdəli qoz ağacına çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib, eyni zamanda, məhsullar yararsız hala düşüb. Sürücünün sözlərinə əsasən, maşında qəfil nasazlıq yaranıb və arxada hər iki təkər yerindən çıxıb.
Yük maşınında olan xurma Göyçay rayon sakinləri olan 3 fermerə məxsusdur. Fermerlər bildiriblər ki, 5 tona yaxın məhsul Balakən rayonunda soyuducularda yerləşdirmək üçün aparılırdı. Onlar həm də qeyd ediblər ki, yük maşınının qəza törətməsi səbəbindən məhsulun 70%-i məhv olub. Ümumilikdə, fermerlərə 15 min manat ziyan dəyib. Qalan məhsulları yığmaq üçün hadisə yerinə əlavə maşın gəlib. Ziyan dəyməyən xurmalar yeşiklərə yığılaraq, ərazidən aparılıb.
Şərhlər