Nardaranda telefon probleminə aydınlıq gətirildi
28.11.2015 15:49 Sosreaksiya 1774
Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.
Şərhlər