Nardaranda yaralananlardan biri dünyasını dəyişdi
28.11.2015 16:16 Sosreaksiya 2077
Nardaran hadisələrində yaralanan şəxslərdən biri - Fərahim Bünyatov dünyasını dəyişib.
Reaksiya.az Trend-Ə istinadən xəbər verir ki, bu barədə Nardaran sakini Natiq Kərimov məlumat verib.
N.Kərimov qeyd edib ki, öldürülən şəxslərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: “Meyitlərin gətirilməsini gözləyirik. Dünyasını dəyişənlərdən ikisi qardaş idi - Fərahim Bünyatov və qardaşı Rəfael Bünyatov. Digər üç nəfər isə Əkbər Babayev, Sarvan Səfərov və Abbas Hüseyndir. Hadisə zamanı həlak olanların hamısı bizim balalarımızdır. O tərəf, bu tərəf söhbəti yoxdur. Allah bizim balalarımıza da, şəhid olmuş polislərimizə də rəhmət eləsin”.
N.Kərimov məlum qarşıdurma zamanı yaralanan kənd sakinlərinin olduğunu da qeyd edib: “Yaralılarımız da var. Hazırda 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə alırlar”.
Şərhlər