Nazir xəbərdarlıq etdi
28.11.2015 17:00 Sosreaksiya 1939
Dövlət tərəfindən avtomobillərlə təmin edilən bütün əlillər və müharibə veteranları bəzən avtomobilləri dövlət nömrə nişanı almadan idarə edir.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, əlillik dərəcəsindən istifadə edən bəzi şəxslər qanuna əməl etmədən şəhərdə dövlət nömrə nişanı olmadan avtomobil idarə edir: "Bu cür vəziyyət daha çox dövlət tərəfindən əlillərə verilən "NAZ Lifan" avtomobillərində müşahidə edilir. Ona görə də istənilən belə avtomobil DYP tərəfindən saxlanılaraq cərimə edilməlidir".
S.Müslümov həmçinin əlavə edib ki, avtomobillər əlillərə verildikdən sonra onlar sənədlərini götürüb aidiyyəti üzrə Dövlət Yol Polisinə gedərək dövlət nömrə nişanı almalıdır.
Şərhlər