"Azercell"dən bu gün şəbəkədə yaranan problemlə bağlı açıqlama

29.11.2015 01:51     Sosreaksiya     1479

Azərbaycanın mobil operatoru "Azercell Telekom” MMC bu gün şəbəkədə yaranan problemlə bağlı məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində müəyyən problemlər yaranıb.

"Buna səbəb “Azercell Telekom” MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub. Texniki nazaslıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb. Hazırda “Azercell Telekom” MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb", - deyə məlumatda bildirilir.

Şərhlər