Fəhlə 3-cü mərtəbədən yıxılaraq öldü - Bakıda
29.11.2015 11:42 Sosreaksiya 1993
Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.
Yaralı əməliyyat zamanı dünyasını dəyişib.
Şərhlər