Nardaranda meydan boşaldıldı, yollar təmizləndi - YENİLƏNİB

29.11.2015 20:27     Sosreaksiya     2482

Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşalıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.

Sakinlər öz evlərinə dağılışıblar.

Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər. 

 

12:41

Dünəndən başlayaraq Nardarandaki qarışıq durumdan narazılıq bu gün səhər saatlarında qəsəbə sakinləri arasında yüksək həddə çatıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, hazırda meydana toplaşanlar arasında müzakirələr gedir, meydanı boşaltmaq və əvvəlki normal həyat tərzinə qayıtmaq təklifləri səsləndirilir.

Əksəriyyat evlərə çəkilməyi, asayişin yenidən bərpa olunmasını tələb edir.

Yaxın dəqiqələrdə meydanda yekun yekdil qərar qəbul olunacağı gözlənilir.

Şərhlər