Həftənin ilk iş günü hava necə olacaq?

29.11.2015 13:55     Sosreaksiya     1809

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək. Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Şərhlər