Azərbaycanda böyük yanğın baş verdi
24.06.2015 12:47 Sosreaksiya 1997

Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədlərində 2000 ha otlaq sahələri yanıb.
Reaksiya.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə 2000 ha sahədə otlaq sahələr yanıb.
Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunub.
Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər