İşğal olunmuş ərazilərində 927 kitabxana dağıdılıb

30.11.2015 11:25     Sosreaksiya     1920

İşğal olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən 927 kitabxana dağıdılıb”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Müəllif Hüquqlarının Agentliyinin sədri Kamran İmanov Bakıda keçirilən “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminarda çıxışında deyib.

O bildirib ki, dağıdılan 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar da erməni işğalçıları tərəfindən məhv edilib.

K. İmanov qeyd edib ki, Azərbaycanın Əqli Mülkiyyət Hüquqları tapdalanıb:

“Mədəniyyət məfhumu işğalçılara yaddır. Erməni işğalçıları maddi və qeyri-maddi irsimizə təcavüz ediblər. Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla talan edilməkdədir”. 

Şərhlər