Bu avtobuslarda ayaqüstə durmaq olmaz - FOTOLAR

30.11.2015 11:59     Sosreaksiya     1679

Bu gün "Bakubus"ın daha bir avtobusu sərnişinlərin xidmətinə verilib.

Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  bu xətt üzrə hazırda 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpikdir. Xüsusi komfortla hazırlanmış alman avtobuslarında mini mətbəx, soyuducu vay-fay və ayaqyolu kimi xidmətlər təqdim olunub. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 nəfərdir.

Yol boyu sərnişinlərə xüsusi 60-70-ci ilin Azərbaycan bəstəkarlarının mahnıları təqdim olunur. Neoplan avtobusları 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də 28 May metro-stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəksiniz.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, sözügedən avtobuslar yolda hər hansı bir dayanacaqda saxlamayacaq. Onlar yalnız 28 May və hava limanında avtobuslara minə bilər. Gediş haqqı digər avtobuslarda olduğu kimi Bakıkartla ödənir. 

Şərhlər