“Bavariya”lı futbolçu “Ginnesin rekordlar kitabı”na düşdü

01.12.2015 05:42     Sport reaksiya     2216

 “Bavariya”nın futbolçusu Robert Levandovski “Ginnesin rekordlar kitabı”na düşüb.

Reaksiya.az-ın məlumatına görə, polşalı hücumçu eyni vaxtda 4 sertifikatla mükafatlandırılıb.

Sentyabrın 22-də “Volfsburq”a qarşı Bundesliqa matçında oyuna sonradan daxil olaraq, 9 dəqiqədə 5 qol vuran forvard bu nəticəsinə görə təltif olunub.

O, “ən sürətli het-trik”, “ən sürətli poker”, “ən sürətli penta-trik” və oyundan sonradan girib ən çox qol vuran futbolçu kimi nadir kitaba düşüb.

Şərhlər