Finalçı "boksçumuz: Çalışacağam ki, qələbə qazanım və bayrağımızı qaldırım"

25.06.2015 14:31     Sport reaksiya     1967

"Çempionluğun bir addımlığındayam və çalışacağam ki, qələbə qazanım və himnimizi səsləndirim, bayrağımızı qaldırım". Trend-in məlumatına görə, bunu Avropa Oyunlarında finala vəsiqə qazanan boksçumuz Elvin Məmişzadə jurnalistlərə deyib.

Sonuncu döyüşdə Almaniya boksçusuna qalib gələn E.Məmişzadə döyüşün bir az ağır keçdiyini bildirib: "İki raund bərabər idik, üçüncü raundda bir az əzmkarlıq göstərərək qələbə qazandım. Çox sevinirəm, çünki finala yüksəldim".

E.Məmişzadə növbəti rəqibinin müəyyən olunmadığını bildirib: "Növbəti rəqibim hazırda bilinmir. Ya Slovakiya, ya da İtaliya boksçusu olacaq. Onların heç biri ilə üz-üzə gəlməmişəm. Yalnız İtaliya boksçusu ilə birgə təlim məşq toplantısında döyüşmüşük, amma məşq başqadır, yarış başqa".

Şərhlər

Çox oxunanlar