Cüdoçumuz Orxan Səfərov finala yüksəldi
25.06.2015 17:38 Sport reaksiya 2048
Avropa Oyunlarında 60 kq-dək çəkili cüdoçuların yarışında təmsilçimiz Orxan Səfərov 1/4 finalda tatamidə İsveçrə cüdoçusu Lüdovik Şammartin ilə münasibətlərə aydınlıq gətirib.
Trend-in məlumatına görə, döyüş ərzində daha fəal güləşən cüdoçumuz rəqibinə əvvəlcə yuko, daha sonra vaza-ari xalı ilə qiymətləndirilən fəndlər tətbiq edib. Bunun nəticəsində O.Səfərov görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb.
Onun yarımfinaldakı rəqibi digər təmsilçimiz İlqar Müşkiyevə 1/8 final mərhələsində qalib gəlmiş İspaniya cüdoçusu Fransisko Qarriqos olacaq.
X X X
O.Səfərov finala gedən yolda ispan F.Qarriqosla gərgin döyüş keçirib. Hesab açılmasa da, sonda təmsilçimiz rəqibi daha çox xəbərdarlıq aldığı üçün qalib olub.
O, finalda rusiyalı Beslan Mudranovla qarşılaşacaq.
Şərhlər