AFFA üç klubu cərimələdi

18.12.2015 13:56     Sport reaksiya     2126

Dekabrın 18-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Reaksiya.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVII turunun qarşılaşmaları ilə bağlı qərarlar verilib. Müzakirələrdən sonra 3 klub, ümumilikdə 2200 manat məbləğində cərimələnib.

“Rəvan” klubu ilə görüşdə 5 futbolçusu sarı vərəqə alan “İnter” min manat cərimə olunub. “Xəzər-Lənkəran” ilə qarşılaşmada 5 oyunçusuna xəbərdarlıq edilən “Kəpəz”in də cəzası eyni olub.

“Sumqayıt”la matçın 91-ci dəqiqəsində qırmızı vərəqə alıb, “Qarabağ”ı azlıqda qoyan Raydell Pupon bir oyun cəzalanıb. O, həm də klubunu 200 manat ziyana salıb.

Şərhlər