Azərbaycan tennis turnirindən imtina etdi

27.12.2015 15:51     Sport reaksiya     2093

Azərbaycan 2016-cı ildə keçiriləcək WTA (Qadın tennis assosiyasıası) tennis turnirindən imtina edib.

“Reaksiya” oxu.az-a istinadən xəbər verir ki, ənənəvi olaraq Bakıda keçirilən turnir gələn il Çinin Nançanq şəhərində təşkil ediləcək.

Xatırladaq ki, nüfuzlu turnir Bakıda 2011-ci ildən etibarən keçirilirdi. Turnirin son qalibi isə rusiyalı Marqarita Qasparyan olub.

Şərhlər

Çox oxunanlar