“Qarabağ”ın ilk rəqibi Avstriya klubu olacaq

26.06.2015 18:29     Sport reaksiya     2084

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın ilk yoxlama oyununun detallarına aydınlıq gəlib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu iyunun 30-da Avstriya təmsilçisi “Horn”la qarşılaşacaq.

 

Daha öncə “Qarabağ”ın “Ştutqart”ın ikinci komandası ilə görüşü nəzərdə tutulsa da, rəqibin futbolçuların millinin aşağı yaş qruplarına dəvət alması planı dəyişmişdi. Nəticədə Azərbaycan çempionu avstriyalılarla qarşılaşmağı məqsədəuyğun sayıb.

 

“Qarabağ”ın məskunlaşdığı Kössen qəsəbəsinin meydaçasında baş tutacaq görüş Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Şərhlər

Çox oxunanlar