Avropa Oyunlarında 16-cı qızıl medalçımız - Elvin Məmişzadə

26.06.2015 19:01     Sport reaksiya     2172

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında yüngülvari çəki (52 kq) dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə final görüşünə çıxıb.

Trend-in məlumatına görə, idmançımız finalda italiyalı boksçu Vinçenzo Pikardi ilə qarşılaşıb.

Gərgin keçən həlledici döyüşdə boksçumuz qalib gəlib.

Beləliklə, E.Məmişzadə Azərbaycana Avropa Oyunlarında 16-cı qızıl medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 48 medal əldə ediblər - 16 qızıl, 13 gümüş, 19 bürünc.

Şərhlər

Çox oxunanlar