Baş nazirin müavini: Rusiya Avropa Oyunlarını keçirməyə hazırdır
26.06.2015 19:17 Sport reaksiya 1935
Rusiya gələcəkdə Avropa Oyunlarını keçirə bilər. Trend-in məlumatına görə, bunu Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında Rusiya Baş nazirinin müavini, RF Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.
O, qeyd edib: "2020-ci ilədək Rusiyada bir çox iri yarışlar keçiriləcək, lakin perspektivdə biz Avropa Oyunlarını keçirə bilərik".
Baş nazirin müavini bildirib ki, bir sıra iri tədbirlərin keçirilməsi sayəsində Rusiyada idman infrastrukturu elə inkişaf edib ki, ölkənin bir sıra şəhərləri belə tədbirləri xüsusi hazırlıq olmadan keçirə bilərlər: "Moskva, Soçi, Sankt-Peterburq və Kazan kimi şəhərlərin idman infrastrukturu var və buna görə də həmin şəhərlərdə xüsusi zəhmət tələb olunmadan iri kompleks yarışlar keçirilə bilər".
Şərhlər